Cəmiyyət

Svetoforda edilən bu səhv baha başa gələ bilər

4 May 2026 12:46
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən Milli.Az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin yollarda tələskənliyi səbəbindən olur:

"Xüsusilə də svetoforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir. Belə sürücülərə bir daha xatırladırıq ki, svetoforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır.

Unutmayaq ki, svetoforun siqnallarına riayət etmək "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsi ilə məcburidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.