"Barselona" İdman Komitəsinin üzvü Joan Soler klubun transfer bazarındakı ambisiyalarından danışıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "blauqrana" La Liqa turnir cədvəlinə başçılıq edir.
"Bəli, biz Xulian Alvares və ya Erlinq Holand kimi oyunçuları transfer edə bilərik. Bu cür transferlər beş il ərzində özünü doğrulda bilər və "Barselona"nın büdcəsi buna hazırdır.
Nəticə etibarilə, "Barselona" əmək haqqı strukturu öhdəliklərinə çox diqqətli olmalıdır. Özümüz üçün bir limit müəyyən etmişik və onu aşmayacağıq. Eyni zamanda əmək haqqı sistemimizi izləyərkən oyunçuları bazar qiymətləri ilə transfer etməliyik", - "Cadena Ser" Solerdən sitat gətirir.
Milli.Az





