Cəmiyyət

Orxan Məmmədliyə yüksək vəzifə VERİLDİ

26 Fevral 2026 10:29
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Energetika Nazirliyində təyinat olub.

Milli.Az Valyuta.az-a istinadla xəbər verir ki, Orxan Məmmədli İqtisadi sahələr və məişət üzrə enerji səmərəliliyi şöbəsinin müdiri təyin edilib.

O.Məmmədli bundan əvvəl 2023-cü ildən Azərbaycan Respublikasının Energetika Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində 2018-2019-cu illərdə qazpaylayıcı stansiyanın operatoru, 2019-2022-ci illərdə isə Qaz İxrac İdarəsində energetik kimi fəaliyyət göstərib.

Qeyd edək ki, o, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə "Geneva Business School"da neft və qazın idarə edilməsi ixtisası üzrə Biznesin İdarəedilməsi Magistri (MBA) dərəcəsi alıb. Həmin illərdə paralel olaraq Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi (ümumi) ixtisası üzrə magistr təhsili alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.