Məlum olduğu kimi, bu gecə "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin "Nyukasl" komandası ilə cavab oyununa çıxacaq.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkə hesabında "Sent Ceyms Park" stadionunda başa çatan hazırlıq işləri ilə bağlı paylaşım edib.
Matç fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə İngiltərə klubu 6:1 hesablı darmadağınla qalib gəlib.
Milli.Az





