İdman

"Barselona" La Liqa matçına ciddi itki ilə çıxacaq

7 Fevral 2026 18:33
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" İspaniya La Liqasının 23-cü turunda doğma meydanda "Malyorka"nı qəbul edəcək.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, son çempion oyuna ciddi itki ilə çıxacaq.

Komandanın aparıcı oyunçularından olan Rafinya matçda iştirak edə bilməyəcək. Braziliyalı vinger zədəlidir.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 22 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.