İdman

Kantenin "Fənərbağça"da maaşı bəlli oldu

5 Fevral 2026 11:00
Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça" Fransanın ulduz yarımmüdafiəçisi Nqolo Kante ilə rəsmi müqavilə bağlayıb.

Milli.Az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, tərəflər arasında 2,5 illik müqavilə imzalanıb. Razılaşmaya görə, Kanteyə 14 milyon 400 min avro məbləğində imza pulu ödəniləcək.

Maliyyə şərtlərinə gəlincə, fransız futbolçu cari mövsümün qalan hissəsi üçün 5 milyon 500 min avro qazanacaq. 2026-2027 və 2027-2028 mövsümlərində isə onun illik maaşı 11 milyon avro təşkil edəcək.

Bu transfer "Fənərbağça"nın heyətini gücləndirmək istiqamətində atdığı ən diqqətçəkən addımlardan biri kimi qiymətləndirilir.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.