İdman

ABŞ səfirliyi “Qarabağ”la bağlı paylaşım etdi - FOTO

29 Yanvar 2026 15:54
Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Azərbaycandakı Səfirliyi "Qarabağ" futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edib.

Milli.Az xəbər verir ki, səfirliyin paylaşımında bu nailiyyətin Azərbaycan futbolu tarixində ilk olduğu vurğulanıb.

Bəyanatda qeyd olunub ki, əldə edilən uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsidir. 

Xatırladaq ki, ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda səfərdə "Liverpul"la qarşılaşıb və 0:6 hesabı ilə məğlub olub.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.