İdman

Bəhlul "Qarabağ"dan Çin klubuna gedir? - Özü AÇIQLADI

29 Yanvar 2026 12:39
Baxış: 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pley-off mərhələsinə yüksəldiyimiz üçün şadıq. "Liverpul"la oyuna görə təəssüf hissi keçiririk. Ümumilikdə bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik. "Liverpul"la matç bizə dərs olacaq.

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, potensial rəqiblər haqqında da fikirlərini bölüşüb:

"Nyukasl" PSJ-dən bizə daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Mübarizə aparmağa çalışacağıq".

B.Mustafazadə Çin klubuna keçəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib:

"Hələ ki, rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.