İstanbul Respublika Prokurorluğunun "Mərc oyunları" adlı genişmiqyaslı istintaqı çərçivəsində saxlanılan futbolçular, klub rəhbərləri və hakimlərin də daxil olduğu 39 şübhəli tibbi müayinədən sonra ədliyyəyə gətirilib.
Polis bölməsində aparılan əməliyyatlardan sonra "Fənərbağça" futbolçusu Mert Hakan Yandaş, "Qalatasaray" futbolçusu Metehan Baltacı, "Adana Dəmirspor"un sabiq prezidenti Murat Sancak, "Konyaspor" futbolçusu Alassane Ndao, "Ankaraspor" prezidenti Ahmet Okatan olmaqla 29 nəfər Sülh Cəza Hakimliyinə sövq olunub.

İstintaq çərçivəsində Mert Hakan Yandaş, Metehan Baltacı, Alassane Ndao, Murat Sancak və Ahmet Okatan məhkəmə tərəfindən həbs edilib.
Qeyd edək ki, araşdırma zamanı 4 nəfərin istintaq sənədləri ortaya çıxıb. "Fənərbağça" klubunun kapitanı olan futbolçu Mert Hakan Yandaşın şübhəli Ersen Dikmen ilə 04.12.2021 - 26.10.2025 tarixləri arasında ümumilikdə 4 milyon 453 min 62 TL məbləğində pul transferi həyata keçirdiyi müəyyən edilib. Dikmen Yandaşdan aldığı pulları qısa müddətdə qanuni mərc saytlarına köçürüb.
Fidan
Milli.Az





