İdman

“Arsenal”ın ulduzu azərbaycanlı gənci PAYLAŞDI - VİDEO

12 Noyabr 2025 14:57
Baxış: 3 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Arsenal" klubunun 40 milyon avro dəyərində olan futbolçusu Rikardo Calafiori azərbaycanlı gəncin çəkdiyi videonu sosial şəbəkədə paylaşaraq gündəm yaradıb.

Milli.Az xəbər verir ki, sevgi dolu videonu öz "Instagram" hekayəsində repost edən məşhur müdafiəçi qısa zamanda böyük maraq doğurub. Paylaşım az müddət ərzində 12 milyondan çox baxış toplayaraq viral olub.

Azərbaycanlı gəncin videosu təkcə "Arsenal" azarkeşləri arasında deyil, beynəlxalq idman səhifələrində də yayılaraq müsbət rəylər qazanıb.

Sosial şəbəkə istifadəçiləri Calafiorinin bu addımını gənc istedadlara dəstək nümunəsi kimi qiymətləndiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.