İdman

Bahadur Həziyev yenidən "Səbail"də oynayacaq

27 İyul 2025 12:06
Baxış: 408
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025/2026-cı il mövsümündə 1-ci Liqada yarışacaq "Səbail" növbəti futbolçu ilə anlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü "İmişli"də keçirmiş Bahadur Həziyevlə 1+1 illik müqavilə imzalanıb. Bu, 29 yaşlı yarımmüdafiəçinin paytaxt təmsilçisinə üçüncü keçidi olub.

Qeyd edək ki, Bahadur 2019/2020-ci və 2020/2021-ci illər mövsümlərində, həmçinin 2023/2024-cü illər mövsümündə "Səbail"də çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.