İdman

Ali Koçun "Fənərbağça"dakı gələcəyinə aydınlıq gəldi

4 İyun 2025 22:13
Baxış: 1 101
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Fənərbağça" klubunda yeni prezident seçkisi keçirilməyəcək. 

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, seçki üçün gərəkən 14,500 imzadan cəmi 229-u toplanıb. Bu isə vaxtından əvvəl prezident seçkisinin baş tutması üçün kifayət deyil. 

2024-25 mövsümünün titulsuz başa vurulması ilə Kadıköy komandasının azarkeşləri A.Koçun vəzifəsindən getməsini tələb edir.

Qeyd edək ki, Ali Koç 2024-cü ildə üçüncü dəfə "sarı-lacivərtlər"in prezidenti seçilib.  (Offsideplus.az)
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.