İdman

Ukraynalı gimnast Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nda 3 qızıl medal qazandı - FOTOlar

2 May 2025 16:08
Baxış: 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku" davam edir.

Trend xəbər verir ki, yarışın ikinci günündə böyüklər arasında fərdi proqramda gürzlər, halqa, top və lentlər üzrə qaliblər bəlli olub.

Böyüklər arasında gürzlər üzrə Ukrayna (Taisiia Onofriichuk) qızıl, İtaliya (Tara Dragas) gümüş, Bolqarıstan (Malinova Dara) bürünc medal qazanıb.

Lentlərlə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl, İtaliya (Tara Dragas) gümüş, Rumıniya (Amalia Lica) bürünc medal qazanıb.

Topla yarışda İtaliya (Sofia Rafelli) qızıl, Özbəkistan (Lola Djuraeva) gümüş, Ukrayna (Taisiia Onofriichuk) bürünc medal qazanıb.

Halqa ilə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl, İsrail (Lian Rona) gümüş, İtaliya (Tara Dragas) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa kubokunda ümumilikdə 25 ölkədən 170-dən çox gimnast mübarizə aparacaq. Turnir mayın 4-də başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.