İdman

“Zirə” “Kəpəz”i məğlub etdi

26 Aprel 2025 21:23
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

"Zirə" səfərdə "Kəpəz"lə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Qeyd edək ki, daha öncə keçirilmiş "Turan Tovuz" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib - 1:1.

"Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" oyunları sabah, "Sumqayıt" - "Neftçi" görüşü aprelin 28-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.