Cinsi əlaqə zamanı və ya ondan sonra insanların həyatını itirməsinin bəzi tibbi səbəbləri mövcuddur. Bu hallar nadir olsa da, xüsusilə sağlamlıq problemləri olan şəxslər üçün risk yarada bilər.
Milli.Az aşağıda bu cür ölümlərin ən çox rast gəlinən 6 səbəbi təqdim olunur:
Ürək tutması (infarkt)
Cinsi əlaqə zamanı ürək daha sürətli işləyir, qan təzyiqi artır. Əgər şəxsdə ürək-damar sistemi ilə bağlı problemlər varsa (xüsusilə 50 yaşdan sonra), bu gərginlik infarkta səbəb ola bilər.
Aortanın yırtılması
Aorta bədənin əsas qan damarlarından biridir. Güclü fiziki gərginlik (məsələn, cinsi əlaqə zamanı) bu damar divarlarının yırtılmasına səbəb ola bilər. Bu isə ani və ölümcül daxili qanaxmaya gətirib çıxarır.
Erektil disfunksiya dərmanlarının yan təsiri
Bəzi kişilər cinsi performans üçün "Viagra" və ya oxşar dərmanlardan istifadə edirlər. Bu dərmanlar ürəyə yük saldığından, xüsusilə yaşlı və ürək problemi olanlarda ölümcül nəticələrə səbəb ola bilər.
Qadağan olunmuş maddələrin istifadəsi
Cinsi əlaqə öncəsi və ya zamanı narkotik və digər stimullaşdırıcı maddələrin qəbulu ürək döyüntüsünü, təzyiqi kəskin artırır. Bu da infarkt, insult və ya beyin qanamasına səbəb ola bilər.
Naməlum mənşəli kardiomiopatiya
Bu, gənc və sağlam görünən insanlarda belə ürək əzələsinin qəfil dayanması ilə nəticələnə bilən vəziyyətdir. Cinsi əlaqə zamanı bədənin gərginliyi bu problemi ortaya çıxara bilər.
Təsadüfi fiziki travmalar
Bəzi hallarda cinsi əlaqə zamanı baş, boyun və ya sinə nahiyəsinə dəyən təsadüfi zərbələr, xüsusilə riskli pozalarda və ya qeyri-adi şəraitdə (məsələn, avtomobil, hamam və s.) ölümcül nəticələr doğura bilər.
Bu hallar nadir olsa da, risk altında olan şəxslər - xüsusilə yaşlı, ürək və ya təzyiq problemi olan insanlar - həkimlə məsləhətləşmədən cinsi fəaliyyətlərini davam etdirməməlidirlər.
Leyla
Milli.Az