İran

Qonşu ölkədə fövqəladə rejim elan edildi

26 Aprel 2025 21:21
Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda fövqəladə vəziyyət rejimi elan edilib.

Milli.Az xəbər verir ki, Şəhid Rəcai Limanında partlayışdan sonra havaya təhlükəli çirkli maddələrin yayılması riski yaranıb.

Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin səhiyyə nazirinin müavini Hörmüzqan Tibb Elmləri Universitetinin prezidentinə məktubla müraciət edərək, səhiyyə qruplarının formalaşdırılması və əhalinin sağlamlığının qorunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə göstəriş verib.

Belə ki, insanları evdə qalmaq, açıq havada olmamaq, fiziki fəaliyyətlə məşğul olmaq və pəncərələri bağlı saxlamaq barədə göstəriş verilib.

İnsanlara maskalardan istifadə etmək tövsiyə edilib.

Qeyd edək ki, bu güb sözü gedən limanda partlayış olub, 700-dən çox insan yaralanıb, 5 nəfər ölüb. (Metbuat.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.