İkardidən gözlənilməz qərar: "Qalatasaray"dan gedir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi gələn mövsüm İstanbul klubunun heyətində olmayacaq.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ailə səbəblərinə görə Argentinaya qayıtmağı planlaşdırır.
Hazırda həyat yoldaşı Wanda Nara ilə məhkəmə prosesində olan İkardinin uşaqlarına yaxın olmaq istəyi onun bu qərarına təsir göstərib. Təcrübəli hücumçu gələn mövsüm "Qalatasaray"ın heyətində yer almayacaq və ölkəsinə dönəcək.
Hazırda bazar dəyəri 11 milyon avro olan argentinalı ulduzun "Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi olsa da, klubun onunla yolları ayıracağı gözlənilir.
Qeyd edək ki, İkardi bu mövsüm UEFA Çempionlar Liqasında "Tottenhem"lə qarşılaşmada aldığı zədədən sonra əməliyyat olunmuş və mövsümün qalan hissəsini buraxmışdı. Klub tərəfindən ikinci yarı üçün lisenziyası verilməyən ulduz futbolçu hazırda fərdi məşqlərini vətəni Argentinada davam etdirir.
Mauro İkardi "Qalatasaray" formasını 3 mövsüm geyinib. Bu müddət ərzində 87 oyuna çıxaraq 61 qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Cimbom" ilə 2 Super Liqa və 1 Super Kubok çempionluğu yaşayıb. 2023-cü ildə Türkiyənin ilin futbolçusu seçilən İkardi, 2023-2024 mövsümündə 25 qolla Super Liqanın bombardiri olub.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı





