Libertadores-də Colo Colo və Fortaleza arasında keçiriləcək matç təxirə salınıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, qarşılaşma 68-ci dəqiqədə meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya atılan yad əşyalar səbəbindən dayandırılıb.
Hakimlər KONMEBOL rəsmiləri ilə görüşdükdən sonra oyunun dayandırılmasına qərar verilib.
Matç dayandırıldıqdan sonra Colo Colo azarkeşləri meydançaya axışıb, Fotaleza oyunçuları isə paltardəyişmə otağına doğru qaçmağa başlayıblar.
Matçdan əvvəl baş verən insidentlər nəticəsində iki azarkeş həyatını itirib.
Milli.Az