İdman

21 yaşlı futbolçu faciəli şəkildə öldü: Oyun zamanı...

10 Aprel 2025 19:13
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Perunun "Real Titan" klubunun futbolçusu Helar Qonzales Altamirano qapıçı ilə toqquşaraq faciəli şəkildə ölüb.

Milli.Az xəbər verir ki, hadisə Peru kuboku çərçivəsində "Defensor Nueva"ya qarşı oyunu zamanı baş verib.

7-ci dəqiqədə Qonzales Altamirano rəqib qapıçı ilə toqquşub və sonra huşunu itirib. Futbolçunu xərəkdə apararaq xəstəxanaya aparıblar və orada dünyasını dəyişib.

"Səni futbola və ailənə olan sevgin üçün xatırlayacağıq. Bizi böyük ağrı ilə tərk etdin. Bu çətin zamanda ailənizə möhkəmlik arzulayırıq. Onlar tək deyillər, çünki biz və bütün futbol ailəsi onların yanındayıq", - deyə klubdan bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.