İdman

Türkiyədə azarkeş meydana girib futbolçunu bıçaqladı - VİDEO

8 Aprel 2025 08:52
Baxış: 1 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Siirt şəhərində həvəskarlar arasında keçirilən "Kurtalanspor" - "Hakkari Zap Spor" region oyunundan sonra futbolçular arasında dava düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əlbəyaxa mübahisəyə azarkeşlər də qarışıb.

Hadisədə "Hakkari Zap Spor"un futbolçusu azarkeşlərdən biri tərəfindən bıçaqlanıb.

Yaralı futbolçu sağlamlıq qrupları tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilib.

Mübahisə polisin müdaxiləsi ilə sonlandırılıb.

Qeyd edək ki, oyun "Kurtalanspor"un 3:1 hesablı qələbəsi ilə bitib.

Görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.