İstədiyi qızı vermədilər, görün nə etdi - Azərbaycanda dəhşət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tərtərdə qız qaçırma hadisəsinə görə 2 nəfərə ağır cəza verilib. Qız qisas məqsədi ilə qaçırdıldığını, oğurlandığını deyib.
Milli.Az xəbər verir ki, hadisə Tərtərin kəndlərindən birində baş verib. Qaçırılan zaman 20 yaşı olan Sevda (ad şərtidir) kursdan gəlirmiş. Onu avtobusdan düşəndə həmkəndlisi olan iki nəfər zorla maşına mindirib.
Məlumata görə, onun əllərindən və ayaqlarından tutaraq zorla maşına mindiriblər və bu zaman qız bədən xəsarətləri də alıb. Bunu görən qonşulardan biri hadisəyə müdaxilə etmək istəyib. Əlində olan küt alətlə maşına zərbə də vurub. Maşının ön şüşəsi sınıb. Amma həmin şəxslər əməllərini sonlandırmaq üçün yollarına davam ediblər.
Qızı evlənmək niyyəti ilə qaçırdığını deyən 38 yaşlı Rəşada (ad şərtdiri) öz qohumu kömək edib. Onlar qızı Rəşadın qardaşının evinə aparıblar. Amma yolda maşını dəyişiblər. Çünki düşünüblər ki, şüşəsi sınıq maşınla yollarına davam etsələr, polisin diqqətini çəkə bilərlər.
Rəşad qızı zorla Qobu qəsəbəsinə gətirib və onunla cinsi münasibətdə olub. Buna görə ona qarşı adam oğurluğu ilə yanaşı zorlama maddəsi ilə də ittiham irəli sürülüb.
Dindirilən zaman Rəşad deyib ki, qızı evlənmək niyyəti ilə qaçırıb və qızın da bunda razılığı olub. Əlavə edib ki, qızla onun razılığı əsasında münasibətdə olub.
Zərərçəkmiş kimi tanınan Sevdanın dediklərində hadisənin digər təfərrüatları məlum olub.
Sevdanın sözlərinə görə onu qaçıran Rəşad daha əvvəl onun bacısını sevirmiş: "Məni zorla qaçırıblar. Mən onu heç vaxt sevməmişəm. Aramızda yaş fərqi çoxdur. O əvvəl mənim bacımı sevirdi. Lakin bacım öz sevdiyi şəxslə qoşulub qaçdı. Bu adam da atama demişdi ki, səndən qisas alacam. Bacımın qisasını almaq üçün məni qaçırıb. Mən könüllü getmişdimsə, telefonum niyə maşında qaldı? Könüllü getsəydim, atama, anama məlumat verərdim. Məni apardıqları evdə iki xanım da var idi. Ağlayıb onlardan da kömək istədim. Zorla gətirildiyimi dedim. Amma mənə kömək etmədilər".
Açılan cinayət işi üzrə üçüncü şəxs - Rəşadın qardaşı da məsuliyyətə cəlb edilib. Lakin zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb. Digər iki şəxsə isə ağır cəza verilməsini tələb edib.
Məhkəmə Rəşada 11 il, ona kömək edən və adam oğurluğunda təqsirli bilinən qohumuna isə 9 il azadlıqdan məhrum etmə cəzası təyin edib.
Üçüncü şəxs isə şərti cəza alıb. Məhkəmə belə qənaətə gəlib ki, həmin şəxsin qızın zorla qaçırılmasından xəbəri olmayıb. (Musavat.com)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
XƏBƏR LENTİ
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək





