Şou-biznes

Anası Xəyyamın məzarını ziyarət edə bilmir - VİDEO

17 Aprel 2025 00:48
Baxış: 1 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xəzər axşamı" komandası mərhum meyxanaçı Xəyyam Əhmədlinin ailəsinə baş çəkib.

Milli.Az xəbər verir ki, sənətçinin anası Zöhrə Quliyeva hələ də övladının məzarını ziyarət edə bilmədiyini deyib:

"Ayaqlarım yerimir, qollarım ağrıyır. Bu yaşda necə olacağam? Xəyyam kimi oğul itirmək özü böyük dərddir.  Biz çox tez ayrıldıq. Hələ 47 yaşı tamam olmamışdı, bizi tez tərk etdi. Otağı necə var elə də qalıb. Elə bilirəm indi oatqdan çıxacaq və soruşacaq ki, "Ana, necəsən?". Onu həmişə gözləyirdim ki, evə gəlsin və sonra yatım. İndi də gözləyirəm ki, balam gəlsin. 

Hələ məzarına gedə bilməmişəm. Şəklini görmüşəm, yalvarmışam ki, qayıt gəl evimizə, amma gəlməyib. Doymamış getdik bir-birimizdən".

Qeyd edək ki,  ötən ilin dekabrında vəfat edən Xəyyamın ürəyində problem var idi. (Axşam.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.