İdman

Alpinistlərimiz Dünya Kubokunda - FOTO

6 Aprel 2025 10:20
Baxış: 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın xizək alpinistləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilən Dünya Kuboku yarışlarında iştirak ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qadınlar arasında keçirilən sprint yarışında 21 ölkədən olan 62 idmançı mübarizə aparıb. Azərbaycan təmsilçisi Nəzrin Qəribova bu mərhələdə 33-cü yeri tutub.

Kişilər arasında təşkil olunan analoji yarışda Seyid Sədrəddinov 75 iştirakçı arasında 67-ci yerdə qərarlaşıb.

Həmçinin, idmançılarımız qarışıq estafet növündə də qüvvələrini sınayıblar və 42 cütlük arasında 37-ci pillədə qərarlaşıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.