“Oyunçularımızın çoxu oruc tutur”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Belarusla oyundan öncə mətbuat konfransında iştirak edib.
Milli.Az xəbər verir ki, portuqal mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Səbuhi Abdullazadənin mətbuat konfransına gətirilməsi onu göstərir ki, sabah start heyətində yer alacaq? Ümumiyyətlə, hansı dəyişikliklər olacaq?
- Elvin Cəfərquliyevdən savayı bütün oyunçular sabah şans qazana bilərlər. Səbuhi də onlardan biridir, oynamaq ehtimalı var. Dəyişikliklər olacaq. Bəzi oyunçular dincələcək. Ardıcıl iki oyun oynamaq asan deyil. Oyunçuların çoxu oruc tutur. Buna da hörmətlə yanaşırıq. Həmin vəziyyəti nəzərə alaraq dəyişikliklər olacaq. Meydanda daha istəkli olmalıyıq. Müdafiədə daha inamlı çıxış etməliyik. Buraxdığımız qolların çoxu sadə epizodlardır. Haiti ilə görüşdə təhlükəli epizodlar yaratdıq. Ancaq hücumların sonu olmadı. Sabah qol vurmaq istəyirik. Futbolda belə hallar olur, epizodlar yaradırsan, qol vura bilmirsən... Digər matçlarda isə bəhrəsini görürsən. Müdafiədə daha diqqətli olmalıyıq. Belə davam etməklə yuxarı səviyyədə rəqabət apara bilmərik. Hücumda isə qol epizodlarımız var.
- Qələbəniz yoxdur, amma baş məşqçi postundasınız. Qalibiyyət üçün nə qədər gözləməliyik?
- Hər oyunda qalib gəlmək üçün imkanlarımız olur. Qələbəyə hamılıqla inanmalıyıq. Ümid edirəm ki, ilk qələbə sabahkı matçda yaşanacaq. Daha inamlı müdafiə olunmalıyıq. Hücumda yaradılan qol epizodlarından da istifadə etmək lazımdır. Bunları etsək, qələbə gələcək.
- Haiti millisi ilə oyundan sonra bildirmişdiniz ki, müdafiədə oynamalıyıq. Hansısa dəyişiklər düşünmüsünüz?
- Hələ son qərar verilməyib. Bu gün son məşqimiz olacaq.
- Haiti ilə görüşdən sonra demişdiniz ki, komanda meydana məğlub olmaq üçün çıxmışdı. Emosiyalara qapılaraq demişdiniz, yoxsa necə?
- Mən belə deməmişəm. Fikrim o idi ki, meydana giririk və dərhal məğlub olmağa başlayırıq. Sonra bildirdim ki, komanda birinci hissədə qol epizodları yaratdı, sadəcə onları konkretləşdirə bilmədik. İkinci hissədə dəyişiklik etmək istədik. Amma ikinci qoldan sonra komanda təslim olmuşdu. Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qalib gəlsinlər. Futbolçularımızda belə düşüncə var ki, qol buraxan kimi həvəsdən düşürlər.
- Sabah qapıda Rza Cəfərova şans verəcəksiniz? Şahruddin Məhəmmədəliyevin son oyundakı performansı aşağı görünürdü...
- Kimlərin oynayacağını deyə bilməyəcəyəm. Analizlər edirsiniz, bunlar fərdi analizlərdir. Bu oyunçu yaxşı oynadı, pis oynadı, fərdi təhlildir. Heç vaxt komanda adından danışmırsınız. Udanda birlikdə uduruq, uduzanda da birlikdə uduzuruq. Mental olaraq dəyişməliyik.
- DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblər bəllidir. Bu qrupda sizin futbol fəlsəfənizi görəcəyik?
- Bu haqda şərh verməyəcəyəm. Həmin oyunlar iki-üç aydan sonra başlayacaq.
- Daim mental məsələlərdən şikayətlənirsiniz. Demək ki, mental məsələləri düzəldə bilmirsiniz. Bəs axırı necə olacaq?
- Cəmi 6 oyundur ki, buradayam. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qalxacaq. Daim oyunçularla danışıram. Hər dəfə oyunçulara mesaj ötürməyə çalışıram. Fərdi də danışıram, kollektiv şəkildə də. Oyunçunun özündən də çox şey asılıdır. Onlar da bunu dərindən dərk etməli və baryeri keçməlidirlər. Bu problemi birlikdə çözməliyik. Bu işdə siz jurnalistlər, azarkeşlər də çox vacibsiz. Nə qədər bir olacağıqsa, eyni istiqamətdə addımlayacağıqsa, bir o qədər asan olacaq. Futbolda çox təcrübəm var. Futbolçu rəhbərlik, məşqçi, jurnalist, azarkeş tərəfdən dəstək görməlidir. Dəstək olmayanda futbolçu qorxaraq addımlayır. Səhv etmək insana xas olan məsələdir. Hər dəfə səhv edəndə "öldürmək" olmaz, dəstəkləmək lazımdır. Həyatda səhv etməyən biri var? Mən də səhv etmişəm. Ən önəmlisi odur ki, dəstək olaq. Onda futbolçunun özünəinamı da olur, təkcə tənqid etmək lazım deyil. Hər birimiz belə olmağa, yaxşı getməyəndə də oyunçuları dəstəkləməyə çağırıram. Övladını ancaq yaxşı edəndə tərifləmək düzgün deyil. Onlar düzgün etməyəndə də dəstəkləmək lazımdır. Milli komanda bu deməkdir.
- Azərbaycan millisi kollektiv şəkildə yaxşı mübarizə apara bilir?
- Azərbaycan millisi kollektiv şəkildə yaxşı çıxış etmir. Komanda şəklində müdafiədə çox zəif çıxış edirlər. Müdafiə cəhətdən komanda kimi zəifik. Amma burada sadəcə müdafiədə oynayanları, ya da qapıçını demirəm. Kimsə yuxarı səviyyədə olmaq istəyirsə, belə qollar buraxmaq olmaz. Hazırda millimizin ən böyük problemi kollektiv şəkildə müdafiə oluna bilməməkdir. Aqressivlik də çatışmır. Komanda şəklində hamımız arxada otura bilərik. Amma istək və aqressivlik olmayanda... Bura gəldiyim gündən eyni şeyləri təkrar edirəm. Qapımızda çox asan qollar buraxırıq. Yalnız qapıya zərbələri, hücumları bitirmələri çalışdıq. Bir məşq ona həsr etdik. Ondan qabaq müdafiədən çıxışı məşq etdik. Qapısında çox qol buraxan komanda az hallarda qalib gələ bilər. / "Qafqazinfo"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Orhus" - "Sabah": Heyətlər
-
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur” - Milevski
-
Azərbaycan futbolunda iki klubun adı dəyişdirildi
-
“Sumqayıt” braziliyalı yarımmüdafiəçini transfer etdi
-
“Qızıl top” uğrunda mübarizə qızışır - İlk onluq açıqlandı
-
Qurban Qurbanov: “İstədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik”
XƏBƏR LENTİ
-
Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışlarına başlanılıb (Video)
-
"Orhus" - "Sabah": Heyətlər
-
"Bakı Metropoliteni": "Həzi Aslanov" stansiyasının dalanı noyabrın əvvəlinə tam hazır olacaq
-
Ceki Çan İçərişəhərdə (Video)
-
Bakıda ticarət mərkəzində faciə: liftin şaxtasına düşüb öldü
-
Bəxtiyar Məmmədov: "Bakı metrosunda qatarların hərəkət intervalı 2 dəqiqəyə endiriləcək"
-
"Paltarımı nə hədiyyə edirəm, nə də satıram" - Aygün Kazımova ilə müsahibə
-
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur” - Milevski
-
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək
-
Mərkəzi Bank “Modenis”in lisenziyasını ləğv etdi
-
Azərbaycan futbolunda iki klubun adı dəyişdirildi
-
İspaniyanın Seuta şəhərində miqrant böhranı: 6000 sənədsiz şəxs var
-
Abbas Arakçı Pakistana səfər edəcək
-
“Nəriman Nərimanov” metrosu ətrafında dəyişiklik - Sərnişinlərə xəbərdarlıq
-
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək
-
"Pilgrim" şirkəti vədini yerinə yetirməyib? - DİN araşdırır
-
"Kapital Bank"ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
-
Şirvan kanalında problem həll edildi - Su təminatı bərpa olunur
-
Xəzərdə torla balıq tutan şəxs yaxalandı
-
Bakıda unudulan küçələr: Taksi belə girmir
-
Nigar Fərhadın əri həbs edildi
-
Kiyevdə matəm elan edildi
-
Ana südü neçə yaşa qədər verilməlidir?
-
Azərbaycanda məşhur şadlıq sarayı satışa çıxarıldı - 3,5 milyona





