İdman

Portuqaliyalı hücumçu yol qəzasında dünyasını dəyişdi

22 Mart 2025 08:47
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyanın "Oliveyrense" klubunun 19 yaşlı hücumçusu İvan Martins yol qəzası nəticəsində həyatını itirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Martins Qondomar qəsəbəsindəki Kovelo tunelinin yaxınlığında sürüşən avtomobili idarə edirdi.

Hadisə səhər saat 8:00-da baş verib və dərhal təcili yardım briqadası hadisə yerinə gəlib, lakin gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Martins 2024-cü ildən Portuqaliya çempionatının ikinci güclü divizionunda çıxış edən "Oliveyrense" klubunun üzvü idi. O, əvvəllər İsveçrənin "Yanq Boyz" klubunun gənc oyunçusu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.