"Qalib gələndə mükafatımız 500 manat olur” - Cavid Hüseynov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu oyun bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz xallar qazanır, biz isə son 2 turda uduzmuşduq. Bunu başa düşürdük. Həftəboyu "Neftçi"yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini uşaqlara başa salmışdıq. Amma təəssüf ki, eyni, mənim istəmədiyim səhvləri etmək üçün komanda əlindən gələni etdi və rəqib bizə qol vurdu. İki qol buraxdıq, hələ daha 1-2 qol da buraxa bilərdik. Uşaqlardan soruşdum ki, bunu demişdim? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq. Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq, məyusuq".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Səbail"in sabiq baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 27-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb. - Futbolçuların ustalıq səviyyəsi sizi qane etmir?
- Futbolçulara deyirəm ki, bu səhvi etmək olmaz. Bu ötürməni bura o cür vermək olmaz. Futbolçulara tapşırıram ki, bu səhvi etməyin, etdik və iki qol buraxdıq. "Neftçi" bizə nə etdi ki? "Neftçi" yaxşı komandadır. Amma təhlükəni bilə-bilə üç xalı əlimizlə verdik "Neftçi"yə. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz pressinqə qarşı uzun hava topları ilə çıxmalıydıq.
- Azər Bağırov "Kəpəz"də belə problem olduğu haqda danışmışdı. "Qarabağ"la görüşdə əsas oyunçuları oynamamışdı...
- Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfindən də belədir. Hamı danışır ki, "Səbail" heç kimə lazım deyil. Axı burada nə qədər futbolçular var. Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Xəyallarım, arzularım var. Bu dəqiqə hamı deyir ki, problem Cavid Hüseynovdadır. Xeyr. Problemlər böyükdür. Tək toparlamağa çalışıram. Amma tək gücümüz çatmaz. Məşqçiyə dəstək olmalıdır. "Səbail" qışdan sonra "Şamaxı" ilə matçdan savayı, bütün komandalara qarşı yaxşı oynayıb. Böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışırlar. "Qarabağ"a qarşı da belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, dönmə. Mən nə edim ki, "Səbail" heç yerdən dəstək görmür. Biz qalib gəlirik, mükafatımız 500 manat olur. Təsəvvür edirsiz? Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır. "Kəpəz" hansısa komandanı udursa, əməlli-başlı pul alır.
- Rəhbərlik sizi başqa vədlə çağırmışdı. Vədlərinə etmədilər?
- 16-17 yaşımdam peşəkar futbol oynayıram. Xarakterimi, mərdliyimi, cəsarətimi bilirsiz. Sözü üzə deyən biriyəm. Tək qalmışm deyirəmsə, demək tək qalmışam.
- Həlledici məqamda tək qalmısızsa, o zaman sonuncu pillədə olacağınızla barışmısız?
- Barışmayacam. Sona qədər mübarizə aparacam. Amma sadəcə biz bu durumdan çıxmaq istəyiriksə, birlikdə etməliyik. Hansısa uğurlu nəticə tək məşqçinin işi deyil.
- Yiyəsizlik sponsorsuz qalmaq deməkdir?
- Sponsorumuz onsuz da komandadan əlini çəkib. Mən gələndən bəri hansısa maddiyyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi... Hər şeydə azalma var. Bu durumu qabardıram.
Qeyd edək ki, qarşılaşmadan sonra "Səbail" baş məşqçisi Cavid Hüseynovu istefaya göndərdiyini açıqlamışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
XƏBƏR LENTİ
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz





