İdman

Arda Turan "Eyüpspor"u bu kluba dəyişir - Razılıq əldə olundu

12 Mart 2025 22:40
Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Eyupspor" klubunun çalışdırıcısı Arda Turan mövsümün sonunda iş yerini dəyişəcək.

Milli.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Səlim Manav məlumat yayıb.

Ukrayna mətbuatının da tirajladığı məlumata görə, Donetsk "Şaxtyor"u onu baş məşqçi vəzifəsinə dəvət edib. Ukrayna çempionu Ardaya komandanın sükanı arxasına indi keçməyi təklif etsə də, 38 yaşlı mütəxəssis bundan imtina edib. O, hazırkı komandası ilə cari mövsümü başa vurmaq istədiyini bildirib.

Türkiyə Super Liqasının debütantı olan "Eyüpspor" Arda Turanın rəhbərliyi altında inamlı çıxış edərək turnir cədvəlində beşinci yeri tutur. O, 2023-cü ilin aprelindən sözügedən komandaya rəhbərlik edir. Bu, 38 yaşlı mütəxəssisin məşqçilik karyerasında ilk klubdur. Arda futbolçu kimi "Qalatasaray", "Manisaspor", "Atletiko Madrid", "Barselona" və "İstanbul Başakşehir"də çıxış edib. (Fanat.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.