İdman

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu günü start götürüb - FOTOlar

9 Mart 2025 14:50
Baxış: 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku davam edir.

Trend xəbər verir ki, bu gün yarışın sonuncu günü start götürüb.

Qeyd edək ki, yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Dəniz Əliyeva (4 alətin hər birində) təmsil edirlər.

Dörd gün davam edəcək yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.

Dünya Kubokuna bu gün yekun vurulacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.