İdman

Mourinyo mətbuat konfransında xoruldaya -xoruldaya "YATDI" - VİDEO

7 Mart 2025 11:48
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Fənərbağça" səfərdə "Reyncers"ə 3:1 hesabı ilə məğlub olub. Oyundan sonra təşkil edilən mətbuat konfransında "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun halı sosial mediada geniş müzakirəyə səbəb olub.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, oyunun nəticəsini qənaətbəxş hesab edib:

"Dediklərimə güləcəksiniz, amma bu, əslində yaxşı nəticədir. Bu performans üçün nəticə daha da pis ola bilərdi. Penalti verilməli olan bir epizod var idi, amma belə matçdan sonra hakim haqqında danışmaq etik deyil".

Mourinyo ikinci oyun üçün hələ heç nəyin bitmədiyini vurğulayıb:

"Bizim üçün hər şey səhv idi. Bu gün müsbət heç nə yoxdur. Yeganə müsbət cəhət odur ki, ikinci matç var. Reyncersə qeyd etməyi tövsiyə etmirəm. Sakit olun, hələ bitməyib" .

Konfrans zamanı Mourinyonun TRT Spordan Erhan Sevenin uzun sualına reaksiyası da diqqət çəkib. O, sualın uzunluğundan sıxılaraq xorultu səsi çıxarıb və bu anlar kameralara tuş gəlib. 

Həmin maraqlı anları təqdim edirik:

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.