İdman

Millimizin keçmiş futbolçusu Moskvada TUTULDU - FOTO

5 Mart 2025 13:27
Baxış: 1 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Abdulla Abatsiyev Moskvada həbs olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  millimizin keçmiş oyunçusu fırıldaqçı dəstənin kuryeri olmaqda ittiham edilir.

Həmin dəstə fırıldaqçılıqla 14 milyon rubl (265 min 188 manat) əldə edib. A.Abatsiyev də bu fırıldaqda iştirakçı olub.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. Futbolçu Preobrajenski Rayon Məhkəməsi tərəfindən həbs edilib.

Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq görüşündə (0:2) iştirak edib. O, ölkəmizdə "Sumqayıt" və "İnter" klublarında oynayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.