İdman

PSJ "Barselona"nın əsas oyunçusunu 100 milyona alır

1 Mart 2025 16:42
Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Qavi PSJ-nin diqqətini çəkir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, fransız nəhəngləri 20 yaşlı futbolçunun klubun güclənməsi üçün ciddi rol oynayacağını hesab edirlər və bunun üçün çoxlu pul ödəməyə hazırdırlar. PSJ bununla bağlı təklif hazırlayır.

"Barselona" ispaniyalını buraxmağa həvəsli olmasa da, 100 milyon avro və ya daha çox təklif mavi qranat rəhbərliyini fikrini dəyişməyə məcbur edə bilər.

Qavinin özü də "Barselona"dan ayrılmaq istəmir. Əhəmiyyətli amil Dani Olmodur: o, qeydiyyatdan keçsə və Qavi əsas heyətdən kənarlaşsa, sonuncu klubu dəyişmək barədə düşünə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.