İdman

“Barselona”nın prezidenti Bakıdadır

1 Mart 2025 08:30
Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycana səfər edib.

Milli.Az "Haqqın.az"a istinadən xəbər verir ki, o, dünən axşam saatlarında Bakıya gəlib.

Onun səfərinin məqsədi ölkəmizdə "Barselona" akademiyasının yaradılması və potensial investisiya imkanlarının axtarışıdır.

Laportanı səfərdə klubun direktorları Joan Soler və Xavyer Puiq müşayiət edib.

Xatırladaq ki, bu, Laportanın ölkəmizə ilk gəlişi deyil. Klub prezidenti 2024-cü il noyabrın 16-da da COP29-da iştirak məqsədi ilə Azərbaycana səfər edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.