"Real"ın heyətində Çempionlar Liqasının qalibi olan futbolçu vəfat edib
İspaniyanın "Real" (Madrid) klubunun sabiq futbolçusu Xavyer Dorado 49 yaşında vəfat edib.
Milli.Az report-a istinadən xəbər verir ki, o, 2022-ci ildən xərçənglə mübarizə aparıb.
İspaniyalı sabiq müdafiəçi 2024-cü ilin may ayında sümük iliyi transplantasiyası əməliyyatı keçirib.
Qeyd edək ki, Xavyer Dorado 1999/2000 mövsümündə "Real"ın heyətində UEFA Çempionlar Liqasının qalibi olub.
Milli.Az