İdman

"Real"da ciddi itki - FOTO

27 Fevral 2025 21:27
Baxış: 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos İspaniya kubokunun yarımfinalında "Real Sosyedad"la matçda zədələnib.

Milli.Az xəbər verir ki, ispaniyalı futbolçu dizindən zədə alıb.

İlkin proqnozlara görə, 28 yaşlı oyunçu bir neçə ay oynamaya bilər. Təkrar müayinədən sonra onun durumu dəqiq bilinəcək.

Qeyd edək ki, ötən ilin payızında topuğu burxulduğuna görə 1 ay yaşıl meydanlardan kənarda qalan futbolçu bu mövsüm "Real"da 30 oyuna çıxıb və 2 qol ötürməsi edib. (Bizim.Media)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.