Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Milli.Az xəbər verir ki, ilk olaraq "Qarabağ"la "Səbail" üz-üzə gəlib.
İlk oyunda tək qolla qalib gələn ağdamlılar cavab matçında da üstün olub. Qonaqlar "Qarabağ"ın erkən qoluna cavab versə də, bundan artığına gücü çatmayıb - 3:1.
İki oyunun nəticəsinə görə 4:1 hesabı ilə üstün olan Ağdam klubu yarımfinala vəsiqə qazanan ilk komanda olub.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
"Qarabağ" - "Səbail" 3:1
Qollar: Musa Qurbanlı, 13 (1:0). Rüfət Abdullazadə, 15 (1:1). Emin Rüstəmov, 43-öz qapısına (2:1). Nəriman Axundzadə, 55 (3:1).
Milli.Az