İdman

Medinaya qırmızı vərəqə - Qurbanov əsəbiləşdi - FOTO

16 Fevral 2025 20:03
Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilən "Neftçi" - "Qarabağ" matçında qonaqların futbolçusu Kevin Medina qırmızı vərəqə alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, meydan sahiblərinin hücumçusu Ağadadaş Salyanskiyə qarşı kobud oynayan Medina 22-ci dəqiqədə meydandan qovulub.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov kolumbiyalı müdafiəçinin etdiyi hərəkətə əsəbi şəkildə reaksiya verib. Təcrübəli mütəxəssisin reaksiyası müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə başa çatıb. Komandalar qolsuz bərabərliklə fasiləyə yollanıblar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.