İdman

Avropa Kubokunun ilk günündə 6 medal - FOTO

16 Fevral 2025 09:52
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.

Milli.Az-ın məlumatına görə, idmançılar ilk gündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.

55 kq-da final görüşündə Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.

60 kq-da mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

66 kq-da Əli Hümbətov bürünc medal qazanıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.