İdman

İngiltərə nəhəngi 16 yaşlı qazaxıstanlı futbolçu aldı

11 Fevral 2025 18:07
Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın "Kayrat" klubu komandanın 16 yaşlı hücumçusu Dastan Satpayevin İngiltərə təmsilçisi "Çelsi"yə transfer olunduğunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Satpayev 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqdan sonra London klubunun sıralarına qoşulacaq.

Həmin vaxta qədər gənc forvard "Kayrat"da çıxışını davam etdirəcək.

2024-cü ilin mayında Satpayev 15 yaşında "Kayrat"ın əsas komandasında debüt edib və klub tarixinin ən gənc oyunçusu olub. Ötən mövsüm o, 5 oyun keçirib və bir qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.