İdman

40 yaşdan sonra ilk qol

8 Fevral 2025 22:08
Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 19-cu turunda "Əl-Fayha" üzərində qazanılan qələbəyə (3:0) qolla töhfə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ulduz futbolçu 40 yaşa qədəm qoyandan sonra ilk dəfə fərqlənib.

O, matçdan sonra öz sosial şəbəkə hesablarında paylaşım edib. Ronaldo 40 yaşı tamamlandıqdan sonra vurduğu ilk qol haqqında bunu yazıb: "Qələbə və 40 yaşdan sonra ilk qol".

Xatırladaq ki, Ronaldo cari mövsüm bütün turnirlərdə 26 matçda 24 qol vurub, 4 qol ötürməsi verib.

Kristiano fevralın 5-də 40 yaşa qədəm qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.