Milli komandada çıxış etmək istəyən rumıniyalı hücumçu Yanis Stoyka "Qarabağ"ın təklifini qəbul etməyib.
Milli.Az xəbər verir ki, futbolçu "Qarabağ"la yanaşı Kiyev və Buxarest "Dinamo"larının da təkliflərini geri çevirib.
Yaxın günlərdə Stoyka ilə MLS təmsilçilərinin maraqlandığı bildirilsə də, vinger həmin klublara da müsbət cavab verməyib.
Yanis hazırkı komandası "Hermanştadt"da qalmağı planlaşdırır. Buna səbəb isə yayda baş tutacaq 21 yaşadək futbolçular arasında Avropa çempionatıdır.
Milli komandanın üzvü olan Stoyka yığmadakı mövqeyini itirmək istəmir. O, Rumıniya seçməsi ilə Avropa çempionatında iştirak etmək niyyətindədir. Yanis hazırkı komandasından ayrılmasa, bunun daha real olacağını düşünür.
Rumıniya millisi AVRO-2025-də A qrupunda qərarlaşıb. Komanda İspaniya, İtaliya və ev sahibi Slovakiya yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, turnir 11-28 iyunda Slovakiyanın 8 fərqli şəhərində keçiriləcək. /Apasport.az
Milli.Az