Türkiyənin "Beşiktaş" klubuna yeni baş məşqçi təyin olunub.
Milli.Az xəbər verir ki, bu barədə İstanbul nəhənginin rəsmi "X" hesabında məlumat verilib.
Belə ki, klubun gələcək taleyi Ule-Qunnar Solskyaerə həvalə olunub.
Komanda sosial şəbəkə hesabında 51 yaşlı norveçli mütəxəssisin fotosunu paylaşıb. Şərh bölümünə isə "Ole, Ole, Ole" yazılıb.
Bildirək ki, Ule-Qunnar Solskyaer son olaraq İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi olub. Məşqçi 2021-ci ildə komanda ilə yollarını ayırıb.
Tural
Milli.Az