Ölkə

Bakıda suşi hazırlayan müəssisədə nöqsanlar aşkarlandı

17 Yanvar 2025 22:52
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Faiq Yaşar oğlu Novruzova məxsus suşi emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları yoxlama keçiriblər.

Milli.Az xəbər verir ki, bu barədə AQTA-dan məlumat yayıb.

Bildirilib ki, müəssisədə emal prosesinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, istifadə edilən qida məhsullarının üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, ayrıca sahələrin təşkil edilmədiyi, işçi heyətin ikin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib və məhdudlaşdırıcı qərar qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.