Xəbər verdiyimiz kimi, bu gün Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin hazırıq iclasında məlumat verilib.
Qeyd olunub ki, cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
Bu gün isə məhkəmənin hazırlıq iclasında 350 zərərçəkmiş şəxs, onların nümayəndələrinin və hüquqi varislərin iştirak edib.
Milli.Az