Kriminal

Vəzifəli şəxsin sürücüsü TUTULDU

17 Yanvar 2025 20:10
Baxış: 1 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdam rayonunun işğaldan azad olunmuş Kəngərli kəndi ərazisində tikinti işləri aparan Körpü Bina Tikinti Şirkətinin vəzifəli şəxsinin sürücüsü həbs edilib.

Milli.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1997-ci ildə Yevlax rayonu Ərəş kəndində anadan olmuş Fərrux Rəsulov (şərti) Kəngərli kəndində saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub.

Fərrux Rəsulov həmin kənddə QAZ-31 markalı avtomobili yüksək sürətlə idarə etdiyinə görə saxlanılıb. Ağdam polis əməkdaşlarına sənədlərini təqdim etməyib və "gedin işinizlə məşğul olun" kimi ifadələr işlədib.

Məhkəmənin qərarı ilə Fərrux Rəsulov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün müddətində inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.