İdman

Türkiyə Kuboku: "Qalatasaray" "Başakşehir"lə bacarmadı

8 Yanvar 2025 23:56
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Kuboku çərçivəsində C qrupunda oyunlara start verilib.

Milli.Az xəbər verir ki, ilk qarşılaşmada "Eyupspor" "Boluspor"a minimal hesabla qalib gəlib - 1:0.

Daha böyük maraq doğuran ikinci matçda isə İstanbul derbisi baş tutub. Turnirin ən çox qalibi olmuş (18 dəfə) "Qalatasaray" "Başakşehir"i qəbul edib.

Qarşılaşmada qalibi müəyyən etmək mümkün olmayıb - 2:2. Oyunun son dəqiqələrində qonaq komanda azlıqda qalsa da, bu, yekun hesaba təsir etməyib.

Qeyd edək ki, adıçəkilən klublarla yanaşı C qrupunda "Konyaspor" və "Çorum" kollektivləri də yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.