İdman

"Milan"ın yeni baş məşqçisi bilindi

30 Dekabr 2024 11:40
Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Milan" klubu Serjiy Konseysau ilə ilkin razılıq əldə edib. 

Milli.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. İtaliya klubunun baş məşqçisi Paulo Fonseka böyük ehtimalla "Roma"ya qarşı oyundan sonra göndəriləcək. Fonseka vəzifəsindən azad edilsə, "Milan"ın yeni baş məşqçisi Konseysau olacaq. 49 yaşlı mütəxəssis 2026-cı ilədək İtaliya klubunun sükanı arxasında olacaq.

Qeyd edək ki, S.Konseysau 2017-2024-cü illərdə "Portu"nun baş məşqçisi olub. Bu müddət ərzində komanda 3 liqa titulu qazanıb. 

Xatırladaq ki, "Milan" hazırda turnir cədvəlində 8-ci yerdədir. /Offsideplus.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.