İdman

Azərbaycan Güləş Federasiyası FİLA-nın qərarına münasibət bildirdi

28 May 2010 11:49
Baxış: 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Maqomed Aliomarov deyib. Federasiyadan Milli.Az xəbər portalına daxil olan açıqlamada deyilir ki, AGF idmançının Azərbaycan yığmasının sıralarına qatılması üçün Rusiya Güləş İdmanı Federasiyasından rəsmi icazə alıb: "Bunun əsasında həm AGF, həm də FCBR Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FİLA) məktub göndəriblər. Sonra biz FİLA-dan rəsmi razılıq məktubu aldıq. Adıçəkilən beynəlxalq təşkilatın əsasnaməsinə görə, milli komandanın tərkibində rəsmi beynəlxalq yarışlarda iştirak etmiş hər hansı bir idmançı sonradan digər ölkənin yığma komandasında çıxış etmək istəyirsə, o yeni komandasının heyətində 2 il rəsmi beynəlxalq yarışlarda iştirak edə bilməz. Həm FCBR, həm də FİLA-nın razılığı olduğu üçün biz Mahmudun Avropa çempionatında iştirak etməsinə qərar verdik. İdmançı isə, öz növbəsində, etimadı doğrultdu və yekunda çempion oldu".
 
Təcrübəli mütəxəssis, Rusiya Güləş Federasiyasının Mahmudun 2009-cu ilin avqustundan Azərbaycan vətəndaşlığı aldığı, beynəlxalq yarışlarda çıxış etməsi üçün 2 illik müddətinin hələ bitmədiyi və bu səbəbdən cari ildə Moskvada keçiriləcək dünya çempionatında iştirak etməsinin əleyhinə olduğu üçün FİLA-ya etiraz məktubu göndərməsinə də münasibət bildirib: "Federasiya Mahmudun Azərbaycan milli komandasından beynəlxalq yarışlarda çıxış etməsi üçün 2 illik müddətin hələ bitmədiyini əsas gətirərək, FİLA-ya etiraz məktubu ilə müraciət edib. FİLA məsələyə baxıb və bizə məktub göndərib. Orada yazılır ki, Mahmud Azərbaycan yığmasının tərkibində rəsmi beynəlxalq yarışlarda 2011-ci ilin martından sonra mübarizə apara bilər. AGF FİLA-nın bu qərarına heç bir etiraz etmir. Əslində, Mahmudun bu dünya çempionatında iştirak etməsi bizim planda yox idi. Onu gələn ilin payızında İstanbulda keçiriləcək analoji yarışa hazırlayırıq. Məqsəd, London Olimpiadasına lisenziya qazanmaqdır.
Ümumiyyətlə, sözügedən yarışda bəzi lider güləşçilərimiz də iştirak etməyəcək".

Xatırladaq ki, Beynəlxalxalq Güləş Federasiyası (FİLA) bəyan edib ki, rusiyalı sərbəst güləşçi Mahmud Məhəmmədovun 2010-cu il Avropa çempionatında Azərbaycan yığmasının tərkibində çıxış etmək hüququ olmayıb. Federasiya bunu vətəndaşlığın dəyişdirilməsi ilə izah edib. Qurum Mahmud Məhəmmədovun Azərbaycan komandası tərkibində çıxışını bir il müddətinə - 2011-ci il martın 28-nədək dayandırıb.

Bu il aprelin 13-18-də Bakıda keçirilən güləş üzrə Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Mahmud Məhəmmədov qızıl medala sahib olub. Final qarşılaşmasında rəqibi, Bolqarıstan idmançısı Radoslav Marinov-Velikovu məğlub edərək Mahmud Məhəmmədov Azərbaycan yığmasına çempionatın ilk qızıl medalını qazandırmışdı.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.