İdman

Samir Abasov "Neftçi"də tilsimi qırdı

19 Oktyabr 2024 21:30
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunu keçirilib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, günün ikinci matçında "Neftçi" doğma meydanda "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə başa çatıb. Paytaxt təmsilçisinin heyətində 45+3-cü dəqiqədə Ramil Şeydayev, 58-ci və 67-ci dəqiqələrdə Dembo Darbo fərqləniblər. "Səbail"in yeganə qoluna isə 90+3-cü dəqiqədə Samir Abdullayev imza atıb.

Qeyd edək ki, bu, "Neftçi"nin baş məşqçi postuna yeni təyinat alan Samir Abasovun ilk matçı olub. O, "Neftçi"nin qələbəsizllk seriyasına inamlı qalibiyyətlə son qoyub.

"Neftçi"nin baş məşqçisi Samir Abasov matçdan sonra fikirlərini bölüşüb:

"Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdir. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mümkünsüz bir şeydir. Görüləcək işlər çoxdur.
Baş məşqçi olaraq futbolçuların əksəriyyətini tanımıram. Əvvəlki vaxtdan tanıdığım 2-3 futbolçu qalıb. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir. Hədəflərimiz yüksəkdir. İnanıram ki, buna çatacağıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.