Yenidən “Neftçi”yə qayıdan Samir Abasovdan açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Samir Abasov ikinci dəfə "Neftçi"nin baş məşqçisi təyinatı və görəcəyi işlər haqda danışıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Neftçi TV"yə verdiyi müsahibədə özünü evdəki kimi hiss etdiyini bildirib: "Hisslərimi ifadə etmək çox çətindir. Düzdür, baza təzədir, əvvəl digər bazada idik. Amma elə bil heç buranı tərk etməmişdik, ab-hava eyni qalıb. Buranı tərk etməmiş kimi qayıdırıq. Qayıdanda hiss edirdik ki, öz evimizə qayıdırıq. Çox xoşbəxtəm ki, buraya qayıtmışam".
46 yaşlı mütəxəssis hədəflərinin böyük olduğunu qeyd edib: "Klubun böyüklüyü haqda danışmaq artıqdır. Baxmayaraq ki, indi sözün əsl mənasında çətin durumdayıq, bura gələn məşqçinin qarşısında klubun hədəfləri yüksək olub. Gətirilən məşqçilərin uğurlu və ya uğursuz olması başqa mövzudur. Amma özümüz də bura gələndə bilirik, nəyə görə gəlmişik. Həm azarkeşi, həm klubda işləyən insanları onu göstərir ki, hədəflərə çatmaq üçün hər bir şey edilir. Ən pik hədəflərə çatmağa çalışacağıq. Bu klubun hədəfləri heç vaxt enməyib, daha da yüksəlib".
S.Abasov köklü dəyişikliklərin qısa bir vaxtda edilməsinin riskli olduğunu deyib: "Bu gün dəyişikliklərdən danışmaq tezdir. İki-üç oyun içində köklü dəyişikliklər etmək özü bir riskdir. Çünki futbolçular da insandılar. Onlara da yeni məşqçi və ideyalara adaptasiya olmağa vaxt lazımdır. Vaxt deyəndə istəyirəm, düz yozulsun. Dəyişikliklər, əlbəttə ki, olacaq. İnanıram ki, yaxşı tərəfə olacaq".
O, komandada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü vurğulayıb: "Dünənki məşqdən sonra mən çox yaxşı hisslərlə buranı tərk etdim. Çünki futbolçularda çox yüksək əvhal-ruhiyyə gördüm. İnşallah, inanıram ki, bu əhval-ruhiyyə ilə yanaşı, bizim dediklərimizi də tez qavrayacaqlar və ən yaxşısını meydanda göstərəcəklər".
Mütəxəssis özünün məqsədləri haqda da söz açıb: "İşlədiyim hər bir yerdə futbolçulardan gözləntilərim yüksək olub. Həmişə çalışmışam ki, futbolçular həm qabaqlarına qoyduqları məqsədlərə çata bilsin, həm də oynadığı kluba xeyir versin. Bu, prioritet olaraq yenə məndə qalacaq. Oyunçular işə düzgün yanaşsalar, bu hədəfə tez bir zamanda çatacağıq. Ümumiyyətlə, "Neftçi" kimi klubda zamandan danışmaq yersiz olar. Çünki bugünkü məqsədimiz bacardığımız qədər tez bu durumdan çıxmaqdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
XƏBƏR LENTİ
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)





