"Barselona" sabiq baş məşqçisi Xavinin köməkçilərindən klubun onlara verdiyi "Aypəd" və "Ayfon"ları geri qaytarmağı tələb edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Joan Fontes məlumat yayıb. Xavi ilə "Barselona"nın idarə heyəti arasında münasibətlər hələ də çox gərgindir.
Klub rəhbərliyi Xavinin köməkçilərindən Kataloniya təmsilçisində işlədikləri müddətdə aldıqları "Aypəd" və "Ayfon"ları geri qaytarmağı tələb edib. Bu cihazlar şəxsi istifadə üçün nəzərdə tutulub, ona görə də Xavinin komandası onları kluba qaytarmağı unudub. Çünki texniki heyət cihazları klubla qaytarmalı olduqlarını bilməyiblər.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından bu ilin iyun ayınadək "Barselona"ya baş məşqçilik edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun